"Bizə qələbələr gətirməsini diləyirik" - Kamran Quliyev

22 İyun 14:25 Neftçi 603
"Bizə qələbələr gətirməsini diləyirik" - Kamran Quliyev

"Baş məşqçimizə xoş gəlmisiniz deyirik. Bizə qələbələr gətirməsini diləyirik".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin prezidenti Kamran Quliyev komandanın yeni baş məşqçisi Laurentsiu Regekampf ilə bağlı "Bakcell Arena"da təşkil olunmuş mətbuat konfransında deyib.

Funksioner bildirib ki, Müşahidə Şurasının onlayn konfrenasından sonra bu qərar qəbul olunub: "2 illik müqavilə bağlandı. Regekampf işlədiyi klublarda uğur qazanıb. Böyük komandalara qarşı yaxşı mübarizə aparıb. Özü ilə uzunmüddətli danışıqlarımız olub. Çox iddialı və istəklidir".

Quliyev yeni baş məşqçinin sözlərinə görə, ayda 40 000 avro maaş alacağı barədə Rumıniya mətbuatında yazılanlar həqitəyəuyğun deyil: "Məbləğ xeyli aşağıdır. Regekampf yaxşı heyət qura bilən məşqçidir. Yaxşı futbolçular gələcək".

Digər Xəbərlər
Xəbər Lenti
6 İyul 18:00 DEYİN, BƏYƏNDİZMİ?