“Neftçi”nin təklif göndərdiyi məşhur məşqçinin kimliyi üzə çıxdı – SON DƏQİQƏ

21 May 2022 15:00 Neftçi 62 873
“Neftçi”nin təklif göndərdiyi məşhur məşqçinin kimliyi üzə çıxdı – SON DƏQİQƏ

Samir Abasova yeni müqavilə təklif etməyən “Neftçi”nin danışıqlar apardığı baş məşqçilərdən birinin kimliyi redaksiyamıza bəlli olub.

Paytaxt klubundan əldə etdiyimiz məlumata görə, həmin mütəxəssis Temur Ketsbayadır.

Funksionerlədən biri şəxsən onunla görüşmək üçün Avropaya yollanıb.

Gürcü çalışdırıcı hazırda “Anortosis Famaqusta”da işləyir. O, 2019-cu ildən Kipr klubunun sükan arxasındadır.

Tbilisi “Dinamo”sunun yetirməsinin futbolçu karyerası kifayət qədər zəngindir. 1992-ci ildə buradan ayrılan hücumçu legioner həyatına elə “Anortosis”də başlayıb (1992–1994).

Daha sonra Yunanıstanda AEK, İngiltərədə “Nyukasl” və “Vulverhempton”, Şotlandiyada

“Dunde”nin formasını geyinib. 2002-ci ildə yenidən “Anortosis”ə dönən Ketsbaya 5 il “ağ-göylər”in şərəfini qoruyub və karyerasını da elə burada başa vurub.

Məşqçi işinə “Anortosis”də başlayan gürcüstanlı 2009-cu ilədək görəvdə qalıb.

“Olimpiakos”un təklifini qəbul edən Ketsbaya növbəti illərdə APOEL, AEK, “Orenburq”un uğurları üçün çalışıb. 2009-2014-cü illərdə Gürcüstan yığmasının ona tapşırıldığını da xatırladaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu