"Neftçi" ilə Emin Mahmudov arasında danışıqlar yekunlaşmaq üzrədir.
2017-ci ildən ağ-qara formanı geyinən yarımmüdafiəçi klubun yeni müqavilə təklifi ilə demək olar razılaşıb.
Qarşıdakı günlərdə başqa məsələlər ortaya çıxmasa, o, daha 2 il paytaxt təmsilçisinin şərəfini qoruyacaq.
Moskva «Spartak»ının yetirməsinin mövcud sözləşməsi günlər sonra bitəcək. Bu anlaşmaya əsasən, orta sahə oyunçusu «Neftçi»nin ən ödənişli simasıdır. Eminin aylıq məvaciği 65 min dollardır.
Ancaq yeni sövdələşmə görə, Mahmudov bu statusu ilə vidalaşmalı olacaq. Çünki onun əməkhaqqısı ötən mövsümlərlə müqayisədə xeyli azaldılacaq.
Bəlkə də başqa məşqçi olsaydı, yarımmüdafiəçi digər variantları gözdən keçirərdi. Yuri Vernidub amili burada mühüm rol oynayıb.
Ötən ilin dekabrında sükan arxasına keçmiş ukraynalı kapitanla öz arasında xüsusi bağ yarada bilib.
Bu aylar ərzində Eminə hər cür dəstək verən çalışdırıcı onu əsas heyətdə oynadıb, hər məsələdə arxasında dayanıb, kənar təsir və təzyiqlərdən qoryub. Mahmudov da isti münasibətdən təsirlənib, bu yaxşılığı itirmək istəmir.
Komandanın lideri mediaya verdiyi son açıqlamada "Neftçi"ilə qalmaq istədiyini bildirib:
"Danışıqlarımız davam edir. İnşallah, burada qalmaq istəyirəm. Başqa təklifləri düşünmürəm.
Fikrim "Neftçi"dədir, rəhbərliklə danışıb, bu komandada davam etmək istəyirəm".
SPORTİNFO.AZ

