"Neftçi" ilə razılaşmadan imtina etdilər, başqasını seçdilər

20 Yanvar 2022 09:00 Neftçi 1 031
"Neftçi" ilə razılaşmadan imtina etdilər, başqasını seçdilər

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən "Neftçi"nin Bolqarıstandan "MOİK 1948" ilə yoxlama oyunu baş tutmayacaq.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Sofiya təmsilçisi "ağ-qaralar"a qarşı yanvarın 24-nə planlaşdırılan matçdan imtina edib.

Klub bunu texniki səbəblərlə əlaqələndirib. "MOİK-1948" həmin tarixdə Şimali Makedoniya "Borets"i ilə üz-üzə gələcək.

"Neftçi" Antalyada artıq 2 yoxlama oyunu keçirib. Son ölkə çempionu ilk sınağında Macarıstan "Kişvarda"sı ilə 2:2 hesablı heç-heçə edib.

Paytaxt təmsilçisinin Polşanın "Visla" (Plotsk) klubu ilə matçında da qalib müəyyənləşməyib - 1:1.

Digər Xəbərlər
Xəbər Lenti