"Neftçi" səviyyəni artırmalıdır, yerli, yaxşı futbolçular lazımdır”

01:10 Neftçi 670
"Neftçi" səviyyəni artırmalıdır, yerli, yaxşı futbolçular lazımdır”

"Neftçi" mövsümə yaxşı başlamadı, amma yaxşı bitirdi., bu isə ən vacib olan məqamdır.

Demək olar ki, mövsümü uğurlu keçirdilər".

Sportinfo.az xəbər verir ki, bu sözləri sportal.az-a açıqlamasında "Neftçi"nin sabiq müdafiəçisi Slavko Georgiyevski deyib.

"Ağ-qaralar"ın şimali makedoniyalı keçmiş oyunçusu Yuri Vernidubun "Neftçi"də uğurlu olmasından da bəhs edib:

"Bəli, Vernidubun gəlişindən sonra "Neftçi" daha yaxşı görünməyə başladı. Mövsümün əvvəlindən gəlsəydi də, yaxşı alınacaqdı.

Çünki komandanı tanıması üçün vaxtı olacaqdı. Hər halda, avrokuboklara vəsiqə qazandılar.

Yeni mövsümə hazırlığı birlikdə keçəcəklər. Vernidub artıq "Neftçi"də daha yaxşı nəticələr göstərməlidir".

Georgiyevskinin fikrincə, yeni mövsüm "Neftçi" çempion olmalıdır:

"Yeni mövsüm "Neftçi" 90 illiyini qeyd edəcək. Ümidvaram ki, onlar 90 illiyində çempion olarlar.

"Neftçi" hər mövsüm 1-2-ci yerlərdə qərarlaşmalıdır. Üstəlik, hər mövsüm səviyyəni artırmalıdırlar.

Amma komandaya yerli, yaxşı futbolçular lazımdır. Bir də unutmayaq ki, baş məşqçi hər zaman gühakar deyil.

Futbolçu seçimi ilə də məşğul olan idman direktoru də məsuliyyət daşıyır".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti