"Neftçi"nin prezidenti SOCAR-da oldu, dəstək istədi

26 Sentyabr 2021 19:00 Neftçi 1 251
"Neftçi"nin prezidenti SOCAR-da oldu, dəstək istədi

«Neftçi»nin prezidenti Kamran Quliyev SOCAR rəhbərliyi ilə görüşüb.

Klubun hazıırkıı vəziyyəti barədə hesabat verən funksioner ötən mövsüm qarşıya qoyulan məqsədin yerinə yetirildiyini bildirib.

Ölkə çempionu olduqlarını xatırladan Quliyev yeni start götürən «futbol ili»ndə də böyük hədəflər üçün mübarizə aparacaqlarını söyləyib.

Neft şirkətinin Müşahidə Şurasının üzvləri ilə bir araya gələn K.Quliyev qeyd edib ki, «Neftçi»ni avrokuboklarda da iddialı duruma gətirə bilər, bunun üçün ona dəstək lazımdır.

O, yalnız SOCAR-dan gələn təlimat əsasında işini qurduğunu, kənar müdaxilələrə imkan vermədiyini deyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti