Avropa yolunda olan “Neftçi”nin futbolçularına bir belə PUL VERDİLƏR

9 May 11:40 Neftçi 1 626
Avropa yolunda olan “Neftçi”nin futbolçularına bir belə PUL VERDİLƏR

«Neftçi» Premyer Liqanın 30-cu turu çərçivəsində Yevlaxa səfər etdi.

Burada «Karvan»ın qonağı olan «ağ-qaralar» geriyə 3 xalla qayıtdı.

Üç cavabsız qolla qalib gələn paytaxt təmsilçisi normal qazanca yiyələnib.

Belə ki, klub rəhbərliyi qələbədə pay sahibi olan futbolçuların hər birini 3000 manat mükafatlandırıb.

Yuri Vernidubun çalışdırdığı komanda hazırda turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.

50 xala malik kollektiv mövsümü bu yerdə başa vursa, iki ildən sonra Avropa səhnəsinə dönəcək, Konfrans Liqasında mübarizə aparacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
6 Sentyabr 20:00 Çək və bizə göndər!