“Neftçi”nin “10 nömrə”si 22 milyon “yığdı” - VİDEO

12:40 Neftçi 733
“Neftçi”nin “10 nömrə”si 22 milyon “yığdı” - VİDEO

“Neftçi”nin vingeri Freddi Varqasın Misli Premyer Liqasında vurduğu qolun videosu sosial mediada 22 milyondan artıq baxış toplayıb.

Sportinfo.az xəbər verir ki, “ağ-qaralar”ın rəsmi instaqram səhifəsində yayımlanan postun izlənmə sayı hələ də artmaqda davam edir.

10 nömrəli formanı geyinən 27 yaşlı cinah oyunçusunun həmin videosuna 800 mindən çox bəyənmə və 1300-dən artıq şərh yazılıb.

Venesueladan olan legioner Misli Premyer Liqasının XXX turda səfərdə “Karvan-Yevlax” üzərində 3:0 hesablı qələbə ilə başa çatan görüşdə komandasının sonuncu qolunu vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti