"Neftçi" azarkeşləri bu işi sabaha saxlamadı: “Çox az qalıb”

27 İyul 2021 13:40 Neftçi 969
"Neftçi" azarkeşləri bu işi sabaha saxlamadı: “Çox az qalıb”

Çempionlar Liqasının II təsnifat mərhələsinin "Neftçi" - "Olimpiakos" oyunu üçün bilet satışı bu saata kimi davam edir.

Bu barədə Sportinfo.az klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib.

Klub rəsmisi "satışda az sayda bilet qalıb və yaxın dəqiqələrdə bitəcəyi ehtimal olunur" deyə sözlərinə əlavə edib.

"Neftçi" - "Olimpiakos" görüşü sabah saat 21:00-da "Baksel Arena"da keçiriləcək.

Qiyməti 5 manat (1A, 2A, 4A, 5A, 1B, 2B), 10 manat (3B) və 20 manat (3A) təşkil edən biletləri “Bakcell Arena” stadionunun kassalarından əldə etmək olar.

Pandemiya ilə bağlı stadionun tutumunun yalnız 50%-i qədər arenaya azarkeş buraxılmasına icazə verilib. "Baksel Arena"nın tutumu 10260 nəfərdir.

Digər Xəbərlər
Xəbər Lenti