"Neftçi"nin futbolçuları üçün FANTASTİK MƏBLƏĞ!

27 İyul 2021 13:00 Neftçi 3 917
"Neftçi"nin futbolçuları üçün FANTASTİK MƏBLƏĞ!

"Neftçi" iyulun 29-da "Olimpiakos"laa Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçına çıxacaq.

"Bakcell Arena"da keçiriləcək oyun saat 21:00-da başlanacaq.

Yunanıstandakı qarşılaşma "Neftçi"nin 0:1 hesablı məğlubiyyəti ilə bitib. Bakılılar Ellada təmsilçisindən revanş ala bilsə, III təsnifat mərhələsinə yüksəlməklə yanaşı, birbaşa Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq.

Ümumi durumu nəzərə alan rəhbərlik komandanı daha da motivasiya etmək variantınıı gözdən keçirir.

Klubdan verilən məlumata görə, mərhələ adlamağın qarşılığında vəd olunan mükafat fondunun artırılması müzakirə olunur.

Belə olarsa, əsas heyət üzvlərinin hər biri 40 min manatadək irəli düşəcək. Bu isə öncədən nəzərdə tutulan rəqəmdən 10 min manat çoxdur.

Yüksək mükafat vədi «Neftçi» üçün xarakterik haldır. «Ağ-qaralar» sonuncu dəfə ən çox pulu Avropa Liqasının oyunlarına görə alıb.

2019-cu ilin yayına təsadüfən qarşlaşmalarda Tula «Arsenal»ına 1:0 və 3:0 hesabıyla qalib gələn bakılılar 15-20 min manat civarında mükafat qazanıb.

Komanda həmin mövsüm pley-offa vəsiqə uğrunda mübarizədə «Bney Yehuda»ni üstələyə bilsəydi, 25-30 min manatın sahibi olacaqdı.

Gəl ki, Bakıdan 2:2 hesablı beç-heçə ilə dönən israillilər öz meydanlarında 2:1 udaraq, mərhələ adlayan tərəf olmuşdu.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"