“Neftçi”ni pis vəziyyətə saldı, vurduğu adamdan üzr istədi

25 İyul 2021 19:00 Neftçi 1 342
“Neftçi”ni pis vəziyyətə saldı, vurduğu adamdan üzr istədi

"Görüş bizim üçün yaxşı keçdi. Meydanda öz oyunumuzu göstərə bildik".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "report"a açıqlamasında "Neftçi"nin futbolçusu Mert Çelik Yunanıstanda "Olimpiakos"a 0:1 hesabı ilə uduzduqları Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu barədə danışarkən deyib.

21 yaşlı müdafiəçi meydana qələbə üçün çıxdıqlarını bildirib: "Təəssüf ki, qapımızda şanssız qol gördük. İkinci hissədə hər şeyi öz xeyrimizə dəyişəcəyimizi düşünürdüm. Amma alınmadı".

Qarşılaşmanın 63-cü dəqiqəsində Pirey təmsilçisinin yarımmüdafiəçisi Oleq Ryabçukun sifətinə təpik zərbəsi endirdiyi üçün qırmızı vərəqə alan türk əsilli oyunçu həmin epizodu bu cür şərh edib:

"Rəqibi ayağımı topa qaldırdıqdan sonra gördüm. Matçın ardından həmin epizodu dəfələrlə izlədim. Komandamı azlıqda qoyduğum üçün xeyli üzüldüm. Məyusluğum hələ də davam edir".

Çelik bildirib ki, rəqibə qarşı kobud çıxışından dərhal sonra onun yanına gedərək üzr istəyib: "Belə olmasını mən də istəməzdim. Təəssüf ki, futbolda bu cür hallar olur".

"Neftçi" və "Olimpiakos" arasında cavab görüşü iyulun 28-də "Bakcell Arena"da keçiriləcək. Qarşılaşma saat 21:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti