“Neftçi”də rəhbər vəzifədən uzaqlaşdırıldı - İslahat başladı

19:25 Neftçi 1 821
“Neftçi”də rəhbər vəzifədən uzaqlaşdırıldı - İslahat başladı

«Neftçi»də növbəti istahatlara start verilib. Namiq Adilov fubol akademiyasının kordinatoru vəzifəsindən ayrılmalı olub.

Paytaxt təmsilçisi ona yeni müqavilə təklif edib.

Bir zamanlar aşağı yaş qrupları üzrə yığmalarda məşqçi kimi çalışmış Adilov ötən ilin iyunundan bəri «ağ-qaralar»da fəaliyyət göstərirdi.

Bu gedişdən sonra «Neftçi»də uşaq futboluna cavabdehlik daşıyan şəxslərin sayı ikiyə enib.

Sənan Qurbanov 2 ildir eyni işi görürsə, martda U-19 millisinin baş məşqçi postu ilə vidalaşan Elxan Abdullayev 2 aya yaxındır bura gəlib.

Güman ki, Namiq Adilov «Neftçi»ni tərk edən sonuncu fiqur olmayacaq. Onun ardınca daha bir neçə məşqçinin klubdan uzaqlaşdırılması gözlənilir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA