"Neftçi" ən qolçu iki oyunçusundan birinə nə təklif irəli sürdü? - SON DƏQİQƏ

14:00 Neftçi 1 685
"Neftçi" ən qolçu iki oyunçusundan birinə nə təklif irəli sürdü? - SON DƏQİQƏ

"Neftçi" Bassala Sambunu düşərgəsində saxlamaqda maraqlıdır.

Bu barədə paytaxt klubundan redaksiyamıza məlumat verilib.

"Ağ-qaralar" Seneqal əsilli ingiltərəli hücumçuya 2+1 illik yeni müqavilə təklif edib.

Premyer Liqanın cari mövsümündə 11 qola imza atan forvard şərtərlə razılaşarsa, əməkhaqqısı nəzərəçarpacaq qədər artırılacaq.

Bura 2025-ci ilin fevralında gəlmiş Sambunun son klubu Cənubi Kiprin "Paralimni"si olub. 28 yaşlı forvardla bağlanmış 1,5 illik müqavilə iyunda başa çatacaq.

Karyerasına İngiltərədə başlayan Sambu “Koventri”nin yetirməsidir. O, 2017 və 2019-cu illərdə “Everton”la 23 yaşadək futbolçular arasında keçirilən İngiltərə premyer-liqasının çempionu olub.

Ölkə xaricində 2021-ci ildə icarə əsasında oynadığı “Randers”lə Danimarka kubokunu qazanıb.

Afrika kökənli qolçu bu mövsümün yekunlarına əsasən, "Neftçi"nin ən məhsuldar iki simasından biridir. Onunla yanaşı, Emin Mahmudov da liqada 11 dəfə fərqlənib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA