“Rahat idik, aqressivlik çatmır, hələ heç nə etməmişik” – Rəşad Sadıqovun yeni transferi

5 Sentyabr 20:00 Müsahibə 530
“Rahat idik, aqressivlik çatmır, hələ heç nə etməmişik” – Rəşad Sadıqovun yeni transferi

“Zirə”nin 4 oyunluq qələbə seriyası Qəbələ qırıldı.

Meydan sahibləri ilk hissədə “qartallar”ın qapısından keçirilən yeganə qolla 3 xal istəyinə çatdı.

Zirəlilərin portuqaliyalı qapıçısı Tyaqo Silva Sportinfo.az-a müsahibə verib.

- Niyə uduzdunuz?

- İlk hissədə istədiyimizi kimi oynaya bilmədik, nəticədə qapımızda top gördük. Çox rahat idik sanki, aqressivlik çatmırdı. Rəqib isə istək nümayiş etdirməklə qol vurmağa çalışırdı. Fasilədən sonra oyunumuzu gücləndirdik, təzyiqi artırdıq, qol vurmaq üçün əla imkanlarımız oldu, ancaq məğlubiyyətdən qaça bilmədik. Səvlərimizdən nəticə çıxarıb növbəti oyuna hazırlaşacağıq.

- Sənə elə gəlmir ki, ardıcıl 4 qələbədən sonra komandanızda arxayınlıq var idi.

- Oyuna və rəqibə yanaşmada rahatlığın olduğunu deməzdim. “Qəbələ” yayda avrokuboklarda çıxış etmişdi. Çempionata uğursuz başlasa da, güclü futbolçularının olduğunu və burada yaxşı təsir bağışladığını bilirdik. Sadəcə ilk yarıda bizdə aqressiya çatmırdı. Sonradan düzəldi. 4 qələbə heç kimi rahatlaşdırmamalıdır. Hələ heç nə etməmişik, çempionat yeni başlayıb.

- Millilərin oyunları ilə bağlı çempionatda yaranmış fasilənin xeyrinizə işlədiyini deyə bilərik?

- “Qəbələ” məğlubiyyətindən sonra bərpa olunmağa ehtiyac var. Dincəlməli, səhvləri götür-qoy etməli, qarşıdakı oyunlara hazırlaşmalıyıq. Fasilənin xeyrimizə olub-olmadığını “Sumqayıt”la oyunda görəcəyik.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti