"Olacaq, mütləq olacaq - Bu sözümü yadında saxla" - Gürcüstandan Azərbaycana “bomba atdı”

31 Mart 2022 19:00 Müsahibə 2 864
"Olacaq, mütləq olacaq - Bu sözümü yadında saxla" - Gürcüstandan Azərbaycana “bomba atdı”

Stajlı futbol azarkeşləri Badri Kvaratsxeliyanı yaxşı xatırlayır.

Vaxtilə “Kəpəz”lə “Şəmkir”in heyətində vurduğu çoxsaylı qollarla alqışları haqq edən, sonradan qısa müddətdə millimizin də formasını geyinən solaxay gürcüstanlı hücumçu.

Badri məşqçiliyə başlayandan sonra da Azərbaycanda göründü, müxtəlif vaxtlarda “Standart”da və “Qəbələ”də işlədi.

İndi isə tək Gürcüstanla Azərbaycanda yox, həm də Rusiyada və keçmiş MDB ölkələrində daha çox məşhurdur. Gürcüstan futbolunun parlamaqda olan ulduzu Xviça Kvaratsxeliyanın atası kimi.

Badri mətbuatdan yan gəzən adamdır. Kamera qarşısında dayanmaqla, diktofon arxasında danışmaqla qəti arası yoxdur. Elə buna görə də müsahibə vermək istəmir, xüsusən də Xviça ilə bağlı söhbət etməkdə maraqlı deyildi.

Xeyli çək-çevirdən, “bişim-bişim”dən sonra ötənlərin məşhur hücumçusunu Sportinfo.az-a müsahibə verməyə razı sala bildim.

(əvvəli ötən yazıda - https://www.sportinfo.az/idman_xeberleri/musahibe/136527.html)

NAZİR: "Onlarla dialoqda çox dürüst və səmimi oldum, dedim ki…"

- Gürcüstan vətəndaşı ola bilərsiniz. Siz həm də azərbaycanlısınız...

- Elədir, qardaşım, elədir. Hər yerdə deyirəm ki, bir tərəfim Azərbaycandandır.

- Ölkəmizlə, futbolumuzla maraqlanırsız?

- Maraqlanırsan nədir? Azərbaycanda baş verənləri anbaan izləyirəm. Yeri gəlmişkən, gec də olsa Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edirəm. Qarabağ torpaqları qayıdanda da açıqlamamda azərbaycanlıları möhtəşəm zəfər münasibəti ilə təbrik etmişdim. Hər gün Azərbaycandakı dostlarımda yazışıram, danışıram, maraqlanıram.

- Sonuncu dəfə Azərbaycanda nə vaxt olmusunuz?

- 2019-cu ildə gəlmişdim. Pandemiyaya görə sərhədlər bağlandı deyə 3 ildir gedə bilmirəm. Səfər ancaq təyyarə ilə mümkündür, mənim də təyyarə fobiyam var. Sərhədlər açılan kimi mütləq gedəcəm. Həm özüm darıxmışam, həm də dostlarım yolumu gözləyir. Azərbaycanda nəinki şəxsən dostluq etdiyim, hətta ailəvi dost münasibəti qurduğum dostlarım var.

NAZİR: "Onlarla dialoqda çox dürüst və səmimi oldum, dedim ki…"

- Azərbaycan futbolu ilə maraqlanır, izləyirsiniz?

- Əlbəttə. Nəticələrə baxıram, turnir cədvəlinə göz gəzdirirəm, millinin və klubların beynəlxalq oyunları zamanı Azərbaycan adını axtarıram. “Qarabağ” haqda xoş sözlər deyə bilərəm. Maşallah, hər il avrokubokların qrupundadırlar. Başqa komandalara azarkeşlik edəndə, “Qarabağ”ın qrupda olacağını 100 faiz bilirəm. Təəssüf ki, ölkə daxilində “Qarabağ”a layiqli rəqib yoxdur. “Neftçi”ylə “Zirə” nəsə etməyə çalışır, bu il “Qəbələ” əla görünür. Nə etsələr də, “Qarabağ”la ayaqlaşa bilmirlər.

- Əməlli-başlı izləyirsiniz ki...

- Qardaşım, məndə yalan olmur.

- İllər öncə Azərbaycanda çox sayda gürcü futbolçu çıxış edirdi. Son vaxtlar sayın xeyli azalmasının səbəbini nədə görürsünüz?

- Komanda sayının az olmasında.

- Komanda sayı 10 olanda da gürcü futbolçular yetərincə idi. Sanki səbəb başqadır.

- Bu gün 4-5 nəfər oynayır Azərbaycanda, əlavə 2, yaxud 4 komanda olsa, daha 4-5 nəfər gedər. Fikrimcə, bu, az say deyil. Say çoxalsa, maddi imkan yaxşı olsa, cəlb edərlər.

NAZİR: "Onlarla dialoqda çox dürüst və səmimi oldum, dedim ki…"

- Mənə elə gəlir ki, Gürcüstan futbolunun və futbolçularının səviyyəsi də əvvəlki kimi deyil.

- Xeyr, səninlə qəti razılaşmıram. Futbolun ümumi səviyyəsi zirvədə olmaya bilər, amma istedadlı futbolçular yetişməkdədir. Aç bax, gör Rusiya Premyer Liqasında və Avropanın aparıcı ölkələrində nə qədər gürcü oynayır.

- Hanı Kaladze, Kinkladze, İaşvili, Kobiaşvili, Aleksidze, Arveladzelər?

- Olacaq, olacaq, mütləq olacaq. Bu sözümü yadında saxla. Artıq yol açılıb, 2-3 ildən sonra Avropanın hər yerində gürcü oyunçuları görəcəksiniz. Çox gözləməyə gərək yoxdur, 2-3 ilə görüşərik.

- Sizinlə söhbətdə vaxtilə şərəfini qoruduğunuz milli barədə danışmamaq olmaz.

- Danışaq da (gülür).

NAZİR: "Onlarla dialoqda çox dürüst və səmimi oldum, dedim ki…"

- Yığmanın nəticələri ürək ağrıdır. Seçmə mərhələdə Bakıda Lüksemburqa uduzan komanda yoldaşlıq görüşlərində Malta ilə Latviyaya da boyun əydi. Bu gün millinin başında əcnəbi məşqçi dayanıb, heyətdə Riçard Almeyda, Filip Ozobiç, Höccət Haqverdi, Eddi İsrafilov kimi milliləşdirilmiş futbolçular var. Sizcə, buna gərək varnı?

- Sualına qısa cavab verəcəyəm. Nə qədər ki, Gəncə, Şəmkir, Tovuz, Qazax, Mingəçevir, Yevlax, Lənkəran, Zaqatala, Quba, Qusarda akademiyalar və böyük futbol olmayacaq, bu, belə də davam edəcək. 20 il əvvəl mən oynayan dönəmdə də milliləşdirmə siyasəti vardı, bu gün də var. Gələcək adına nəticə istəyiriksə, bu gün pulu gələcək nəslin məqsədyönlü inkişafına ayırmalıyıq. Gələcəkdə futbolçu olmaq istəyən uşaqlar futbola televizor qarşısında yox, stadionda canlı baxmalıdır. Bunun üçünsə regionlarda futbol olmalıdır, inkişaf planı hazırlanmalıdır.

- Gürcüstanda bu baxımdan vəziyyət necədir?

- Aşağı-yuxarı eyni vəziyyətdir. Bizdə də akademiyalar yox dərəcəsində azdır. Ona görə də uşaqlar bir az baş qaldıran kimi xaricə qaçır. Guya millimizin durumu yaxşıdır ki? FİFA-nın sıralamasında 86-cı sıradayıq. Amma burada Azərbaycandakı imkanlar yoxdur axı. “Qəbələ”ylə “Bakı”nın yaxşı akademiyaları vardı. De görüm, həmin akademiyalarda nə qədər futbolçu yetişdi? Bu gün millilərdə nə qədər uşaq oynayır?

- Mahir Emreli, Namiq Ələsgərov, Şəhriyar Əliyev, Rəhman Hacıyev, Bəhlul Mustafazadə, Hacıağa Hacılı, Elvin Camalov, Amin Seydiyev, Fərid Nəbiyev, Rövlan Muradov, saymaqla qurtarmaz...

- Hə, görürsən? Bunlar 3-5 ildə cəmi 2 klubun akademiyasında yetişənlərdir. Fikirləşin ki, digər rayonlarda da bu cür akademiyalar var. Onda nə qədər futbolçu üzə çıxar? Futbolçu çox olduqca millilərdə rəqabət də artar. Rəqabətin artması isə inkişaf deməkdir. Hər bir futbolçu öz üzərində daha çox çalışmağa başlayır, arxayınlaşmır. Futbolda təməl yoxdursa, inkişafdan, millinin uğurundan danışmaq yersizdir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti