Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək “Qarabağ” – “Çelsi” (İngiltərə) oyununun biletləri satışa çıxıb.
Sportinfo.az xəbər verir ki, standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 manat, VIP sektorlar üçün 200, 250, 300 və 400 manat, VVIP sektorlar üçün 1000 manatdır.
Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.
Noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də start götürəcək.


