“Sportinfo” millimizin 31 il öncə yola çıxdığı Trabzondan VİDEOSÜJET hazırladı

19:00 Sportinfo TV 152
“Sportinfo” millimizin 31 il öncə yola çıxdığı Trabzondan VİDEOSÜJET hazırladı

"Sportinfo TV"də yayımlanan "Sözüm var"ın növbəti buraxılışı işıq üzü görüb.

Çəkiliş Türkiyənin Trabzon şəhərində baş tutub.

Müəllif Xanoğlan İmanov Azərbaycan millisinin tarixində ilk rəsmi oyununu keçirdiyi şəhərdə olub.

İsraillə qarşılaşmanın baş tutduğu məşhur "Avni Aker" stadionuna baş çəkib, tarixi matçla bağlı xatirələrini bölüşüb.

Arxada qalan 31 ildə heç zaman xatırlanmayan, yada salınmayan idman qurğusundan "Sportinfo TV" üçün maraqlı, nostalji hislərin yer aldığı veriliş hazırlayıb.

Onun idman jurnalisti Etibar Tağıyevlə həmsöhbət olduğu yeni buraxılışı aşağıdakı linkə daxil olaraq izləyə bilərsiniz:

Digər Xəbərlər
Xəbər Lenti