Ulduz futbolçunun atasından “Sportinfo”ya EKSKLÜZİV MÜSAHİBƏ

30 Mart 2022 16:40 Müsahibə 1 731
Ulduz futbolçunun atasından “Sportinfo”ya EKSKLÜZİV MÜSAHİBƏ

Stajlı futbol azarkeşləri Badri Kvaratsxeliyanı yaxşı xatırlayır.

Vaxtilə “Kəpəz”lə “Şəmkir”in heyətində vurduğu çoxsaylı qollarla alqışları haqq edən, sonradan qısa müddətdə millimizin də formasını geyinən solaxay gürcüstanlı hücumçu.

Badri məşqçiliyə başlayandan sonra da Azərbaycanda göründü, müxtəlif vaxtlarda “Standart”da və “Qəbələ”də işlədi.

İndi isə tək Gürcüstanla Azərbaycanda yox, həm də Rusiyada və keçmiş MDB ölkələrində daha çox məşhurdur. Gürcüstan futbolunun parlamaqda olan ulduzu Xviça Kvaratsxeliyanın atası kimi.

Bu hücumçunu istəyən olsa, satacaqlar – 40 milyona

Badri mətbuatdan yan gəzən adamdır. Kamera qarşısında dayanmaqla, diktofon arxasında danışmaqla qəti arası yoxdur.

Elə buna görə də müsahibə vermək istəmir, xüsusən də Xviça ilə bağlı söhbət etməkdə maraqlı deyildi.

Xeyli çək-çevirdən, “bişim-bişim”dən sonra ötənlərin məşhur hücumçusunu Sportinfo.az-a müsahibə verməyə razı sala bildim.

Bu hücumçunu istəyən olsa, satacaqlar – 40 milyona

- Neynirsiniz? Necəsiniz? Nə işlə məşğulsunuz?

- Yaxşılıqdır, Allaha çox şükür. Heç yerdə işləmirəm, bütün diqqətimi kiçik oğluma ayırmışam. Məşqə aparıb-gətirirəm, hazırlığına baxıram. Əməliyyatdan sonra işləyə bilmirəm. Daha doğrusu, həkimlər icazə vermir.

- Nə əməliyyatıdır, sirr deyilsə?

- 2019-cu ilin mayında ürəyimdən əməliyyat olundum. Açıq ürək əməliyyatı keçirdim. Ürəyimə yük vermək olmaz deyiblər deyə, evdə oturmuşam. Amma evdə oturmaq ürəyə daha çox yük verir (gülür).

- Allah şəfa versin! Məşqə aparıb-gətirdiyiniz kiçik oğlunuzun neçə yaşı var?

- Fevralda 12 yaşı tamam oldu.

Bu hücumçunu istəyən olsa, satacaqlar – 40 milyona

- Gələcəyin Xviçasına oxşayır?

- (gülür) Dəqiq deyə bilmətəm. Amma Xviçadan zəif olmayacağını dəqiq bilmirəm.

- Səhv etmirəmsə, 3 oğlunuz var.

- Elədir. Böyük oğlum da futbolla məşğul olurdu, 19 yaşında futbolun “daşını atdı”. Onun da istedadı vardı, solaxay hücumçu idi, amma dalınca getmədi.

- Nə əcəb evdə oturursunuz? Biznes-filan qurmamısınız?

- Yox e, nə biznes? Məndən biznesmen olmaz. Mənimki futboldur. Vaxtında özüm oynayıb qazandım, indi oğlum oynayıb qazanır. Topla meydanın hesabına dolanırıq (gülür).

Bu hücumçunu istəyən olsa, satacaqlar – 40 milyona

- Bəs, Xviçanın qazandıqları hara gedir? Nəyə yatırım edirsiniz?

- (qəhqəhə ilə gülür) Hələ ki, ancaq dolanışığımıza bəs edir. Elə də yüksək qazancı yoxdur axı biznes quraq. Yaşayırıq, dolanırıq, buna da şükür.

- Rusiya Premyer Liqasında oynayan ulduz futbolçunun qazancı yüksək deyil?

- Həqiqətən sıradan məvacib alır. Gələcəkdə yaxşı olacağına ümid edirik. Hələ 21 yaşı var, yolun başlanğıcındadır. Allah canına, sağlamlığına dəyməsin. Qalanı düzələn şeylərdir.

- Ötən yayda İtaliya, Almaniya, Niderland kimi ölkələrin klublarından təkliflərinin olduğu deyilirdi. Həqiqətən beləydi?

- Var idi, var idi. Hətta bu barədə həmin klubların rəsmilərinin açıqlamaları da vardı. Bizlik bir şey yox idi. Çünki “Rubin”lə 5 illik müqavilə bağlayıb və bu işdə əsas söz sahibi məxsus olduğu klubdur. Satılmasını məqsədəuyğun saymadılar deyə qaldı.

Bu hücumçunu istəyən olsa, satacaqlar – 40 milyona

- Siz və Xviçanın özü həmin an nə düşünürdünüz?

- Avropaya getməyə 100 faiz hazır olsaydı, yəqin ki, “Rubin” satardı. Həmin an rəhbərlik tələsməyib gözləməyi qərara aldı. Biz də klubun mövqeyini dəstəklədik.

- Hazırda Gürcüstandadır?

- Siyasi vəziyyətə görə, hə, burdadır. İndi millinin düşərgəsindədir. Mikrozədəsi var deyə, Albaniya ilə yoldaşlıq görüşündə iştirak etməyəcək.

- Xviçanın gələcəyi necə görünür? Karyerasını “Rubin”də davam etdirməsi real görünür, yoxsa bu mövzu bağlanıb?

- Bu barədə heç nə demək istəmirəm. Yəqin məni başa düşərsiniz.

- Oğlunuzda səviyyəli futbolçu adına hər şey var – sürət, driblinq, öldürücü zərbə və sair. Bunlar qanla gələn əlamətlərdir, yoxsa Allahın hədiyyəsi?

- Belə deyim, qandan keçən Allahın hədiyyəsi. Qanında futbola sevgi və istedad olmasaydı, nə etsəydik də, futbolçu ola bilməzdi. Yüksək talanta sahibdir. Talant isə doğulanda səninlə gəlir. Ən böyük üstünlüyü bilirsiniz nədir?

Bu hücumçunu istəyən olsa, satacaqlar – 40 milyona

- Nə?

- Talantından sui-istifadə etmir, rahatlaşmır, arxayınlaşmır. Vaxtilə çox sayda istedadlı futbolçular görmüşük ki, parlamadan sönüblər. Talantlı futbolçuların bir çoxu tənbəl olur, öz üzərində işləməyi xoşlamır. Düşünür ki, onsuz da bacarıram, hamıdan üstünəm. Xviça işləməkdən və məşq etməkdən doymur. Ümumiyyətlə, məşq etməyə çox həvəslidir. İmkanı olsa, saatlarla meydandan çıxmaz. Onda hər şey Allahdandır, futbolçu doğulub.

- Bayaq futbolçu talantından və öz üstündə işləməməyindən danışırdınız. Fikrimcə, siz həmin kateqoriyaya aidsiniz. İstedadınızdan vaxtında və düzgün istifadə etmədiniz.

- Belə deyim də, istedadlıydım və daha artığını edə bilərdim. Bəli, daha çoxuna qadir idim. Ancaq indi bu barədə danışmağın mənası yoxdur.

- Futbol oynayan dönəmdə siqaret çəkib, içki içirdiniz?

- (gülür) Həbib, futbolçu uşaqların atasıyam artıq. Və bu müsahibəni gənc futbolçular oxuyacaq. Bu sualı eşitməmiş kimi qəbul edirəm.

- Müsahibənin ləzzəti elə bu cür sual və cavablardadır. Onsuz da çəkmək istəyən çəkir, içmək istəyən içir. Sizin nəsə deməyinizlə heç nə dəyişməyəcək.

- Yox, nə içmişəm, nə də çəkmişəm. Bir ara çəkməyə başlamışdım, əməliyyatdan sonra başını buraxdım.

Bu hücumçunu istəyən olsa, satacaqlar – 40 milyona

- Sizi Gürcüstanda futbolçu Badri Kvaratsxeliya kimi tanıyırlar, yoxsa Xviçanın atası Badri kimi?

- Sənin sualların çox qalıb hələ? (gülür) Deyirdin, keçmişdən-gələcəkdən danışarıq, indi də siyasi suallar verirsən.

- Elə danışırıq zatən. Sualın birinci hissəsi keçmişdin, ikinci hissəsi gələcək.

- Əvvəl Xviçaya “Badrinin oğlu” deyirdilər, indi mənə “Xviçanın atası” deyirlər. Keçmiş nəsil oynadığım futbola görə xatırlayır. Amma indiki nəsil Xviçaya görə tanıyır. Hər iki halda özümü xoşbəxt hesab edirəm.

- Əsas odur çörəyinizi və əziyyətinizi itirməsinlər.

- İtirməzlər, itirməzlər... Üçü də ağıllıdır, var-yox biləndirlər. O vaxt işləməyəndə Xviça ilə özüm məşğul olurdum, məşqə aparıb-gətirirdim. İşlədiyim dövrdə anası məşğul olurdu, o, aparıb-gətirirdi.

- Gürcüstan vətəndaşı ola bilərsiniz. Siz həm də azərbaycanlısınız...

- ... (davamı olacaq)

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti