Bu gün Azərbaycan təmsilçisi "Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununa çıxacaq.
Sportinfo.az xəbər verir ki, Yevgeni Kukseviçin komandası 7-ci qrupda "Yunayted Qalati" (Rumıniya) ilə üz-üzə gələcək.
Görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
"Araz-Naxçıvan" növbəti sabah "Differdanje 03" ilə, noyabrın 1-də isə "Tigers Roermond" ilə üz-üzə gələcək.
22:00. "Araz-Naxçıvan" – "Yunayted Qalati" (Rumıniya)
Hakimlər: Aslan Qalayev (Qazaxıstan), Valentin Kiuplea (Uels), İrmantas Kapraşovas (Litva)
Timekiper: Laurentiu Deakonu (Rumıniya)
Hakim-inspektor: Nebojsa Paniç (Serbiya)
UEFA nümayəndəsi: Miodraq Raduloviç (Monteneqro)
Sala Sporturilor Dunarea.

