Beş milyona satılan hücumçunun “Qarabağ”a qayıtmaq variantı da var

30 Oktyabr 2025 11:00 Qarabağ 4 258
Beş milyona satılan hücumçunun “Qarabağ”a qayıtmaq variantı da var

“Qarabağ”ın sabiq hücumçusu Juninyo Olavio qışda komandasını dəyişə bilər.

Sportinfo.az Braziliya mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı forvard “Flamenqo”da qalmaq istəmir.

O, əsas heyətə düşməkdə çətinlik çəkdiyi üçün bu cür qərar verib. Juninyo hətta komandanın 23 nəfərlik iştirak ərizəsinə də daxil edilmir.

Juninyonun “Qarabağ”a qayıtmaq variantı da var. Ağdam klubu yay “transfer pəncərəsi”ndə onu heyətinə qatmaq istəsə də, “Flamenqo”nun baş məşqçisi Felipe Luis buna mane olmuşdu.

Juninyo Olavio 2023-cü ilin yayından 2025-ci ilin yanvarına qədər “Qarabağ”ın formasını geyinib. O, 5 milyon avro qarşılığında Braziliya klubuna satılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti