Ölkə futbolunun ciddi problemi nə vaxt həll olunacaq? - AFFA hərəkətə keçdi

Ölkə futbolunun ciddi problemi nə vaxt həll olunacaq? - AFFA hərəkətə keçdi

AFFA ölkə futbolunda uzun müddətdir davam edən problemin həllinə nail ola bilər.

Söhbət ölkə xaricində yaşayan, amma əslən azərbaycanlı olan futbolçuların milli komandalara dəvət olunmamasından gedir.

Xüsusilə Gürcüstan və Rusiyada doğulan, lakin valideynləri azərbaycanlı olan, özləri dilimizdə danışan, milli komandalarımızda oynamaqda maraqlı olan belə futbolçuların sayı çoxdur.

Əvvəlki illərdə Dağıstandan Qazaxıstana kimi uzanan əsli-kökü bizə aid olmayan çox sayda gəlməyə yerli pasportu verilib.

Son illər bu tendensiyaya son qoyulub. Əslində bəyənilən addımdır.

Təəssüf ki, xoş məramın içində yuxarıda qeyd etdiyimiz qəbildən olan və canı canımızdan, qanı qanımızdan olan həmyerlilərimiz də əziyyət çəkir.

Həm milli komandalarımıza dəvət olunmurlar, həm də burada legioner statusunda qəbul edilirlər.

Federasiya problemdən agahdır.

Bir müddətdir aidiyyatı üzrə cavabdeh olan qurumlarla danışıqlar intensiv hal alıb.

Federasiyanın istəyi konkret valideynlərindən ən azı birinin azərbaycanlı olduğu uşaqlara yerli pasportun verilməsini təmin etməkdir.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti