Mərkəz müdafiəçisinin "Qarabağ"a keçidi niyə baş tutmadı? - VİDEO

09:40 Qarabağ 424
Mərkəz müdafiəçisinin "Qarabağ"a keçidi niyə baş tutmadı? - VİDEO

"ML Vitebsk"in müdafiəçisi Zaxar Volkovun "Qarabağ"a keçmək ehtimalı olub.

Bu barədə 28 yaşlı futbolçunun özü açıqlama verib.

"Na Banke" adlı "yutub" kanalına danışan Belarus millisinin üzvü yayda Azərbaycan çempionundan təklif aldığını deyib:

"Bu hadisə yazda baş verib. İndi isə Azərbaycan klubu Çempionlar Liqasında “Benfika” və “Kopenhagen” üzərindəki qələbələri ilə səs salır.

"MLVitebsk" ilə müqavilə imzaladım və 1 saatdan sonra agentim mənə zəng etdi. Dedi ki, “Qarabağ” zəng vurub.

Cavab verdim ki, artıq hər şey bitib, razılaşmışam, söz vermişəm. Ona görə də şans yox idi, mən qərarımı dəyişməyəcəm".

Zaxar Volkov bu ilin mart ayında Rusiyada "Ximki"dən ayrıldıqdan sonra "ML Vitebsk"ə keçib. Mərkəz müdafiəçisi bu mövsüm Belarusda meydana çıxdığı 22 rəsmi matçda 2 qol vurub.

Ağdam təmsilçisi Volkova 2+1 illik müqavilə təklif edib. O, Azərbaycana gəlsəydi, hər mövsüm 150-180 min dollar civarında pul qazanacaqdı.

Hansı ki, hazırkı klubunda gəliri bu rəqəmdən xeyli aşağıdır. "ML Vitebsk" ona aylıq 7000 dollara qədər əməkhaqqı ödəyir.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 08:50 Lap halva kimi... VİDEO