Ermənilər təxribat törətdi, "Qarabağ" UEFA-ya şikayət etdi

29 Oktyabr 22:40 Qarabağ 193
Ermənilər təxribat törətdi, "Qarabağ" UEFA-ya şikayət etdi

Xəbər verdiyimiz kimi, Çempionlar Liqasının Liqa mərhələsinin üçüncü turu çərçivəsində keçirilən "Atletik Bilbao" -"Qarabağ" matçı zamanı bir qrup erməni tərəfindən separatçı rejimin bayrağı açılıb.

Sportinfo.az xəbər verir ki, bununla bağlı yayılan görüntülər narazılıqlara səbəb olub.

Baş verən hadisə ilə bağlı manset.az-ın sorğusuna “Qarabağ”ın mətbuat katibi Anar Hacıyev bildirib ki, qarşılaşmadan öncə Azərbaycana qarşı bu tip təxribat olub.

“Oyundan bir gün əvvəl də biz plakatların yapışdırılması ilə bağlı rəsmi şəkildə "Atletik Bilbao"ya, klub vasitəsilə oradakı orqanlara, polisə müraciət etmişdik. Eyn

i zamanda oyunun təşkilatçılığında rolu olan UEFA nümayəndələri ilə bu barədə müzakirələr aparılmışdı. Onlara məsələlər çatdırılmışdı.

Yəni bununla bağlı biz tərəfdən bütün lazımi addımlar atılmışdı və bütün baş verə biləcək bu tip proseslər onlar tərəfindən kontrol olunmalı idi.

Amma təəssüf ki, yenə də belə xoşagəlməz görüntülər ortaya çıxdı”.

Anar Hacıyev qeyd edib ki, oyunun gedişatında baş verən hadisə ilə bağlı dərhal fotolar və video görüntülər lazımi yerlərə göndərilib və bu məsələnin narahatlıq yaratdığı bildirilib.

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
29 Oktyabr 08:50 Lap halva kimi... VİDEO