“Onun Azərbaycan millisini seçməsi özünün və valideynlərinin verəcəyi qərardır”

29 Oktyabr 23:20 Bizimkilər 252
“Onun Azərbaycan millisini seçməsi özünün və valideynlərinin verəcəyi qərardır”

FFA "Dinamo"nun (Moskva) hücumçusu Ülvi Babayevi yığma komandamıza qazandırmaq istəyir.

Xəbər verdiyimiz kimi, hazırda federasiya rəsmiləri ilə futbolçu arasında danışıqlar davam etdirilir.

Sportinfo.az xəbər verir ki, millimizin keçmiş müdafiəçisi, "Terek"də (indiki "Axmat) kapitan kimi Rusiya kubokunun sahibi olmuş Deni Qaysumov sportal.az-a açıqlamasında Ülvi haqda danışıb.

O, Babayevin millimizə xeyir verib-verə bilməyəcəyi barədə öz fikirlərini bizimlə bölüşüb:

"Bəli, Ülvini tanıyıram, gənc oyunçudur, 21 yaşı var və "Ximki"nin yetirməsidir. O, Rusiyanın aşağı yaş qruplarından ibarət milli komandalarında da oynayıb.

Azərbaycan, yoxsa Rusiya millisində oynamaq qərarını şəxsən özü verəcək. Rusiya millisi hələ ki sanskiyalara görə heç bir turnirdə iştirak edə bilmir.

Sadəcə, yoxlama görüşləri keçirir. Nəsə demək çətindir.

Ülvi gəncdir. Ayxan Abbasov Ülvi məsələsinə necə baxır, bilmirəm. Yəqin ki, o da Babayevi sərəncamında görmək istəyir deyə, danışıqlara başlayıblar.

Ayxan Abbasova lazımdırsa, demək ki, o daha yaxşı bilir. Təbii ki, Ülvini öz millisində oynamasını görmək maraqlı olardı.

Amma yenə də, onun özünün və valideynlərinin verəcəyi qərardır. Hər halda qərar verməyi çətin olacaq.

Azərbaycan millisində oynayarsa, klubda legioner məsələsi ilə bağlı problemləri ola bilər. Kim bilir necə olacaq, bir az qapalı mövzudur.

Zaman hər şey göstərəcək. Nə olursa-olsun, ümid edirəm ki, hər şey Azərbaycan millisinin xeyrinə alınsın".

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
29 Oktyabr 08:50 Lap halva kimi... VİDEO