“Neftçi”yə qarşı oynayan braziliyalı: “Uşaqlarla turnir cədvəlinə baxıb zarafatlaşırıq”

16:40 Müsahibə 322
“Neftçi”yə qarşı oynayan braziliyalı: “Uşaqlarla turnir cədvəlinə baxıb zarafatlaşırıq”

“Araz-Naxçıvan” Premyer Liqanın səkkizinci həftəsində çətin “Neftçi” səfərindən xalla qayıtmağı bacardı - 2:2.

Sportinfo.az-a müsahibə verən Naxçıvan komandasının braziliyalı müdafiəçisi Bruno Franko 90 oyunla və digər məqamlarla bağlı sualları cavablandırıb.

- 2 xal itirdiniz, yoxsa 1 xal qazandınız?

- “Neftçi” Azərbaycanın zəngin tarixə malik titullu klubudur. Bu gün sıradan rəqibə qarşı oynamırdıq. Buna baxmayaraq, məqsədimiz qalib gəlmək idi. 3 xala yaxın olsaq da, sonluq belə oldu. Fikrimcə, 1 xal bizim üçün qazanc hesab olunmalıdır.

- Dediyin kimi, “Neftçi” Azərbaycanın ən yaşlı klubudur və bir çox ilklər bu klubun adı ilə bağlıdır. Səncə, bugünkü rəqibiniz mövsümü medalla başa vura biləcək?

- Komanda yoldaşlarımdan xoş sözlər eşitmişəm. Keçmişlə bağlı danışmağı xoşlamıram. Bu gün gördüklərimə əsasən deyə bilərəm ki, çox keyfiyyətli futbolçulara sahib olan komandadır. Mövsümün sonunda necə olacağını zaman göstərəcək. Rəqib futbolçu olaraq bu suala cavab verməyim doğru olmaz.

- Premyer Liqada gedən mübarizə xoşuna gəlir? Bu cür təsəvvür edirdin?

- Olduqca maraqlı çempionatdır. Yuxarı pillələrdəki komandaların xalları ya bərabərdir, ya da bir-birində 1 xal ayırır. Bu, gərgin mübarizədən xəbər verir. Məncə, hər bir futbolçu hazırkı vəziyyətdən zövq alır. Əsl idman mübarizəsidir. Hiss olunur ki, çempionatın gedişi indikindən daha zövqlü və həyəcanlı olacaq.

- Turnir cədvəlinıə tez-tez baxırsınız?

- Əlbəttə (gülür). Bəzən uşaqlarla turnir cədvəlinə baxıb, zarafat edirik ki, daha çox qaçmaq lazımdır, rəqiblər yanımızda dayanıb bizi gözləyir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti