“O, dünyanın ən yaxşı futbolçusu deyil" - Sabiq prezident

18:20 Dünya futbolu 128
“O, dünyanın ən yaxşı futbolçusu deyil" - Sabiq prezident

“Barselona”nın sabiq prezidenti Xuan Qaspar komandanın gənc hücumçusu Lamin Yamal haqqında fikirlərini bölüşüb.

Onun sözlərinə görə, Yamal böyük potensiala malik olsa da, hələ dünyanın ən yaxşı futbolçusu adını daşımaq üçün vaxtı var.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Yamalın dünyanın ən yaxşı futbolçusu olmadığını bildirib:

“O, dünyanın ən yaxşı futbolçusu deyil. Ötən mövsümdə də belə, deyildi.

Əlbəttə, bir gün ən yaxşı ola bilər, amma hələ ki, bu səviyyədə deyil. Onu ruhlandırmaq və irəli aparmaq komanda yoldaşlarının və baş məşqçinin işidir”.

Sabiq prezident həmçinin, Yamalın sağlamlığına diqqət etməsinin vacibliyini vurğulayıb:

“Yamal oyuna tam hazır deyilsə, meydanda olmamalıdır. O, yalnız tam hazır olanda və bəhanəsiz şəkildə oynamalıdır. Ona dincəlmək və tam bərpa üçün vaxt lazımdır”.

18 yaşlı futbolçu son mövsümlərdə “Barselona”nın ən diqqətçəkən oyunçularından biri sayılır.

Digər Xəbərlər
Xəbər Lenti