FIBA Avropa Kubokunun əsas mərhələsində Azərbaycan komandaları – “Abşeron Lions” və “Neftçi” üz-üzə gəliblər.
Sportinfo.az xəbər verir ki, I qrupunun matçında “ağ-qaralar” 104:86 hesablı qələbəyə sevinib.
Görüş Bakı İdman Sarayında keçirilib.
“Abşeron Lions” qrupda keçirdiyi ilk iki görüşdə Polşa təsmilçisi “Trefl”ə (96:99) və Estoniyanın “Kalev” komandasına (85:93) məğlub olub.
“Neftçi” isə Estoniya təmsilçisini (95:84) məğlub edib, Polşa klubuna (63:92) uduzub.

