Cəlal Bolqarıstanda qol vurdu, “Arda” mərhələ adladı

03:00 Bizimkilər 103
Cəlal Bolqarıstanda qol vurdu, “Arda” mərhələ adladı

Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynov formasını geyindiyi Bolqarıstanın "Arda" klubunda növbəti qolunu vurub.

Sportinfo.az xəbər verir ki, yığmamızın müdafiəçisi ölkə kubokunun 1/16 final mərhələsində fərqlənib.

O, "Fratria" ilə görüşün 42-ci dəqiqəsində hesabı açmaqla qələbənin əsasını qoyub(2:1).

"Arda"ya mərhələ gətirən ikinci qolun müəllifi "Neftçi"nin sabiq hücumçusu Andre Şinyaşiki olub.

Xatırladaq ki, Hüseynov 2023-cü ildən Bolqarıstanın Yüksək Liqa klubunun futbolçusudur.

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 08:50 Lap halva kimi... VİDEO