Türkiyə nin I Liqa komandası “Serik Bələdiyəspor” baş məşqçisi Sergey Yuranla yollarını ayırıb.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 56 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Yuran komandaya yayda gətirilmiş və onunla bir mövsümlük müqavilə imzalanmışdı. Hazırda “Serik Bələdiyəspor” 13 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
Yuran əvvəlcə Azərbaycan təmsilçisi “Simurq”da da baş məşqçi kimi fəaliyyət göstərib.
“Serik Bələdiyəspor”un hazırkı sahibi azərbaycanlı biznesmen Tufan Sadıqovdur.

