«Murad Musayev də «Sabah»da işləyəndə, dəfələrlə söyləyirdi ki, əgər Premyer Liqanın səviyyəsinin qalxması istənilirsə, oyunların tempi qalxmalıdır».
Bu xatırlatma futbol eksperti Emin Abbasova məxsusdur.
O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində ölkə çempionatının keyfiyyətinə dair polemika açıb.
Tanınmış teleşərhçi bildirib ki, «Qarabağ» meydanda tək qalıb, onunla az-çox rəqabət apara bləcək komandaların sayı kifayət qədər azdır.
"Xəzər Lənkəran", "Bakı" və "İnter" kimi klubların mövcud olmamasına diqqət çəkən Abbasov qeyd edib ki, liqanın səviyyəsinin aşağı düşməsi "Qarabağ"a ziyandır.
Çünki "köhlən atlar" Çempionlar Liqasında gördüyü sürətə ölkədaxili yarışmada həsrət qalıb.
Ekspert vurğulayıb ki, Premyer Liqada çempionluğa iddialı komandaların sayı 6-7-yə çatmasa, Ağdam təmsilçisi avrokuboklarda analoji çətiinliklərlə üzləşməyə davam edəcək.
Verlişin daimi iştirakçısı onu da diqqətə çatdırıb ki, liqanın əksər iştirakçıları "Qarabağ"la oyunu müdafiədən qurduqlarından, qarşılaşmalar aşağı tempdə keçir.
Abbasov hakimlərin də bu prosesdə "pay" sahibi olduğunu gizlətməyib. Deyib ki, "fit sahibləri" tez-tez yerli-yersiz fit çalmaqla, oyunların sürətinin düşməsinə gətirib çıxarır.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

