Ölkə çempionatında mübarizə aparan klublar yenə problemlə üzləşib
Premyer Liqa, I Liqa və II Liqanın iştirakçıları sentyabr ayına aid yardım paketini hələ də almayıb.
Halbuki AFFA maliyyə yardımının ötən həftə hesaba köçürüləcəyini onlara vəd etmişdi. Amma mövcud vəziyyət federasiyanın günahzı deyil.
Qurumdan klubların diqqətinə çatdırılıb ki, yubanma SOCAR-da aparılan auditlə bağlıdır. Yoxlamaların isə tezliklə başa çatması gözlənilir.
SPORTİNFO.AZ

