Bu gün "Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində 2-ci oyununu keçirəcək.
Sportinfo.az xəbər verir ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda Lüksemburq çempionu "Differdanje 03" ilə qarşılaşacaq.
Görüş "Sala Sporturilor Dunarea"da oynanılacaq. Matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
"Araz-Naxçıvan" ilk oyunda Rumıniyanın "Yunayted Qalati" klubuna qalib gəlib - 2:1. Təmsilçimiz sonuncu matçını noyabrın 1-də "Tigers Roermond"a (Niderland) qarşı keçirəcək.
19:00. "Araz-Naxçıvan" – "Differdanje 03" (Lüksemburq)
Hakimlər: Valentin Kiuplea, Viktor Çaix (Fransa), Aslan Qalayev
Timekiper: Laurentiu Deakonu (Rumıniya)
Hakim-inspektor: Nebojsa Paniç (Serbiya)
UEFA nümayəndəsi: Miodraq Raduloviç (Monteneqro)
Sala Sporturilor Dunarea


