“Neftçi” 6 qolla növbəti mərhələdə - Kubokda II təsnifat mərhələsi

29 Oktyabr 2025 20:49 Azərbaycan Futbolu 1 739
“Neftçi” 6 qolla növbəti mərhələdə - Kubokda II təsnifat mərhələsi

Bu gün Azərbaycan kubokunda 2-ci təsnifat mərhələsinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, nəticədə 1/8 finala adlayan son komandalar da müəyyənləşib.

"Sumqayıt" "Zaqatala"nı mübarizdən kənarlaşdırıb."Şahdağ Qusar" "Şimal", "Difai" isə "Xankəndi" səddini keçib.

Digər görüşdə "Qəbələ" "Mingəçevir"i qəbul edib və rəqibinə 5:1 hesabı ilə qalib gəlib. "Şamaxı" isə "Səbail"i 1:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb.

Bu gün həmçinin "Neftçi" MOİK-i qəbul edib. Görüş "ağ-qaralar"ın 6:2 hesablı qələbəsi ilə bitib. Komanda 1/8 finalda "Zirə" ilə üz-üzə gələcək.

Ötən gün "Kəpəz", "Karvan-Yevlax", "İmişli", "Turan Tovuz", "Baku Sportinq" və "Şəfa" 1/8 finala vəsiqə qazanıblar.

29 oktyabr

14:00. "Şimal" – "Şahdağ Qusar" 0:2

Qollar: S.Əliyev, 102, S.Ağalarov, 119

Hakimlər: Kamran Əliyev, Asiman Əzizli, Elman Kərimov, Ruslan Quliyev.

Hakim-inspektor: Munis Abdullayev.

AFFA nümayəndəsi: Kifayət Mustafayeva.

Şamaxı Olimpiya İdman Kompleksinin stadionu

14:00. "Xankəndi" – "Difai" 1:2

Qollar: E.Quliyev, 45+2 - M.Musazadə, 61, B.Qurbanov, 71

Hakimlər: Nicat İsmayıllı, Tərlan Talıbzadə, Rasim Axundov, Kamil Aydınov.

Hakim-inspektor: Orxan Məmmədov.

AFFA nümayəndəsi: Nəriman Axundov.

Ağsu şəhər stadionu

14:00. "Zaqatala" – "Sumqayıt" 0:3

Qollar: A.Ramalinqom, 8, N.Əhmədzadə, 34, A.Yankoviç, 85

Hakimlər: Rauf Cabarov, Kamran Bayramov, Səbuhi Soltanov, Murad Səlimov.

Hakim-inspektor: Rövşən Əhmədov.

AFFA nümayəndəsi: Namiq Əliyev.

Zaqatala Olimpiya İdman Kompleksinin stadionu

16:00. "Qəbələ" – "Mingəçevir" 5:1
Qollar: Domu Massumo, 44. Prins Ovusu, 50; 54; 63. Nuğay Rəşidov, 66 – Cona Attukuaye, 57.

Hakimlər: İslam Məmmədov, Müslüm Əliyev, Aydın Bəxşiyev, Ceyhun Hüseynov.

Hakim-inspektor: Ramil Diniyev.

AFFA nümayəndəsi: Eldar Məmmədov.

Qəbələ şəhər stadionu

16:00. "Səbail" – "Şamaxı" 0:1
Qol: Alfons Msanqa, 49.

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kərim Zeynalov, Şamil İmanzadə.

Hakim-inspektor: İmanxan Sultani.

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.

"ASCO Arena"

19:00. "Neftçi" – MOİK 6:2

Qollar: Vensan Abubakar, 8; 42. Nicat Qurbanlı, 27-öz qapısına. Ağadadaş Salyanski, 61. Murad Məmmədov, 70. Sessi D Almeyda, 83 – E Məmmədov, 45+1. Elvin Camalov, 48-öz qapısına.
Hakimlər: Vüqar Həsənli, Eyyub İbrahimov, Elmin Süleymanov, Alik Yunusov.

Hakim-inspektor: Asim Xudiyev.

AFFA nümayəndəsi: Elgiz Abbasov.

"Palms Sports Arena"

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti