"Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün ilk görüşünə çıxıb.
Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu Rumıniyadan "Yunayted Qalati" ilə qarşılaşıb.
7-ci qrupun matçı Sala Sporturilor Dunareada baş tutub. Matç təmsilçimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Yevgeni Kukseviçin baş məşqçisi olduğu kollektiv qrupda növbəti matçlarını sabah Lüksemburqun “Differdanje 03”, noyabrın 1-də isə Niderlandın “Tigers Roermond” komandalarına qarşı keçirəcək.

