«Kəpəz»in baş məşqçisi Azər Bağırov klub rəhbərliyi qarşısında yeni məsələ qaldırıb.
Dörd aydan sonra komandanın sükanı arxasına qayıtmış mütəxəssis transfer planı ilə bağlı işlərə təcili başlanılmasını istəyib.
Çalışdırıcı əsas diqqəti yerli bazara yönəltmələrinin lazım olduğunu bildirib. Bu da başadüşüləndir.
Yönətim mövsümlərarası fasilədə minimum «legioner yeri»ni doldurub. Ötən müddətdə 12 leginerlə müqavilə imzalanıb.
Gəncə təmsilçisi bundan sonra sıralarına qatacağı hər əcnəbiyə görə 100 min manat üzvlük haqqı olmalıdır. Bu rəqəm 17 nəfəri keçərsə, həmin məbləğ 200 min manata qədər artacaq.
«Sarı-göylər»in isə belə bir imkanı yoxdur hazırda. Bağırov isə bu yandan islahatların vacibliyinin üzərində dayanıb.
Gürcüstanlı yarımmüdafiəçi Otar Apsiauriylə yolların ayrılmasına nail olan baş məşqçi daha 3-4 legioneri göndərmək niyyətindədir.
O, paralel olaraq xidmətinə maraq göstərdiyi yerli oyunçuların siyahısını hazırlamaqla məşğuldur. Artıq həmin siyahının «künc-bucağ»ından məlumatlıyıq.
Burada «Neftçi», «Turan Tovuz» və «Araz-Naxçıvan»dan bir neçə nəfərin adı yer almaqdadır.
SPORTİNFO.AZ

