"Sabah" növbəti dəfə uduzdu - Çempionlar Liqasında

03:30 Basketbol 90
"Sabah" növbəti dəfə uduzdu - Çempionlar Liqasında

"Sabah" basketbol klubu FIBA Çempionlar Liqasının əsas mərhələsində növbəti matçına çıxıb.

Sportinfo.az xəbər verir ki, səfərdə Fransa təmsilçisi "Elan Şalon"la üz-üzə gələn Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv 71:84 hesabı ilə məğlub olub.

B qrupunun matçı Şalon-sur-Son şəhərindəki Le Kolizeydə keçirilib.

Bakı klubu ilk iki görüşdə Çexiya təmsilçisi "Nimburk"a (65:93) və Almaniyanın "Alba" (76:85) komandalarına məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 08:50 Lap halva kimi... VİDEO