"Bunu etmək həmişə xoşdur, amma..." - Serbiyalı MÜSAHİB

24 Oktyabr 22:20 Müsahibə 141
"Bunu etmək həmişə xoşdur, amma..." - Serbiyalı MÜSAHİB

"Sabah"ın serbiyalı yarımmüdafiəçisi Velko Simiç Sportinfo.az-a müsahibə verib.

- Premyer Liqanın 8-ci turunda "Zirə"ni məğlub etdiz (3:0). Əla oyun, böyük hesablı qələbə. İkisini bir arada necə bacardız?

- Sadəcə mışqçilərin tapşırıqlarını dəqiq yerinə yetirməyə çalışdıq. Oyun bizim üçün çox yaxşı keçdi. İlk dəqiqədən yüksək səviyyədə və intensiv oynadıq. Fikrimcə, qələbəyə layiq idik.

- İki qolla yadda qaldın. Səni matçın qəhrəmanı adlandıra bilərik?

- Qol vurmaq və komandanın qələbəsində rol oynamaq həmişə çox xoşdur. Buna görə şadam. Amma qələbəni komanda qazanır.

- Belə sürətlə "Sabah"ın əsas fiquruna çevriləcəyinə inanırdın?

- Mən sadəcə, üzərimə düşən işi layiqincə yerinə yetirməyə çalışıram. Burada özümü xoşbəxt hiss edirəm. Komandamın qələbəsinə töhfə vermək çox xoşdur.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 18:10 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 03:20 "Sabah" "Gəncə"ni uddu