Gürcünün 5:1 sevinci: “Bu, mənim üçün çox vacib idi”

30 Oktyabr 2025 01:20 Qəbələ 1 456
Gürcünün 5:1 sevinci: “Bu, mənim üçün çox vacib idi”

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində “Mingəçevir”ə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, o, 5:1 hesablı qələbəyə sevindikləri oyundan sonra klubun mətbuat xidmətinə açıqlamasında bunları deyib:

“Komandamı təbrik edirəm. 3 gündən sonra növbəti oyuna çıxacağıq. Futbolçularımız yaxşı təsir bağışladılar.

Oyuna tam konsentrasiya olduq. Bu, mənim üçün çox vacib idi.

Bütün qollarımız düzgün qurulmuş kombinasiyalı hücumların nəticəsində vuruldu. Sonradan meydana daxil olan futbolçular da özlərini yaxşı tərəfdən göstərdilər.

İndi isə artıq çempionatda növbəti oyunumuza hazırlaşmalıyıq”.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!