Bombardir özündən şikayətləndi - Səmimi etiraflar!

24 Oktyabr 23:00 Müsahibə 157
Bombardir özündən şikayətləndi - Səmimi etiraflar!

I Liqanın 6-cı turunun mərkəzi qarşılaşması Binə qəsəbə stadionunda baş tutdu.

Çempionluğa əsas iddialılar “Şəfa”yla “Səbail”in münasibətlərinə aydınlıq gətirmək istəyi ilk yarıda vurulan 4 qolla sığdı.

Komandalar hərəyə 2 qol vurmaqla stadionu hərəyə 1 xalla tərk etdilər.

Sportinfo.az-a müsahibə verən “Səbail”in hücumçusu Emil Qasımov sualları cavablandırıb.

- 1 xalı qazanc hesab etmək olar?

- Əsas rəqiblərimizdən birinə qarşı oynayırdıq. Belə matçlarda hər kəs qalib gəlmək istəyir. Biz də meydana bu niyyətlə çıxmışdıq. Necə mübarizə getdiyini hamı gördü. Ümumi götürsək, 1 xalı da qazanc saymalıyıq.

- Hər iki komanda yekunda çempion olub sevinmək istəyir. “Şəfa”nın “qızıl” şansı real görünür, yoxsa “Səbail”in?

- İndidən nəsə demək çətindir. Çünki hər iki komanda yolun başındadır. Qarşıda o qədər oyunlarımız olacaq ki. “Şəfa” da iddialıdır, yaxşı futbol nümayiş etdirir. Lakin futbol baxımından onlardan üstün olduğumuzu düşünürəm.

- Ötən mövsümkü I Liqa ilə indiki arasında fərq hiss olunur?

- I Liqa hər ötən il güclənir. Bu da Premyer Liqa təcrübəsi olanların çoxluq təşkil etməsi ilə bağlıdır. Təcrübəli futbolçuların gəlişi ilə çempionatın keyfiyyəti artır. “Şəfa” ilə oyunumuza baxdınız. Meydandakıların böyük əksəriyyəti Premyer Liqada oynamış futbolçular idi. Komandalar arasında rəqabət də artıb.

- I Liqanın bombardiri olan Emil Qasımovun məhsuldarlıq göstərməsinə nə mane olur? Çıxışından razısan?

- Geridə qalan 6 turdakı performansımdan razı deyiləm. Ötən mövsüm sərgilədiyim məhsuldarlığı hələ ki, göstərə bilmirəm. Bu da komandaya yeni gəlməyimlə bağlıdır. Futbolçular dəyişib, taktiki tapşırıqlar və gedişlər fərqlidir. Bu da istər-istəməz çıxışıma təsir edir. Turlar irəlilədikcə əvvəlki oyunu və məhsuldarlığı göstərəcəyimə inanıram.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 18:10 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 03:20 "Sabah" "Gəncə"ni uddu