“Biz futbolçuların da ona ümidi böyükdür”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Neftçi”nin kapitanı Emin Mahmudov deyib.
O, Premyer Liqanın 9-cu turunda “Qəbələ”ni 2:0 hesabı ilə məğlub etdikləri oyunda 1 qol və 1 məhsuldar ötürmə müəllifi olan yeni transfer Vensan Abubakarın çıxışını belə dəyərləndirib:
“Abubakar böyük peşəkardır. Çox yaxşı motivasiya ilə gəlib.
Nəyə qadir olduğunu ilk oyundan gördük. İnanıram ki, davamı gələcək”.
Yarımmüdafiəçi kamerunlu ulduzun işinə çox ciddi yanaşdığını vurğulayıb:
“Abubakarın nə dərəcədə peşəkar futbolçu olduğu görünür. Məşqə hamıdan birinci gəlib, ən axırıncı gedir.
Gəldiyi gündən üzərində çox çalışır. Bununla göstərir ki, bu səviyyəyə elə-belə çatmayıb”.

