“Gecə bizi bir yerə yığdı” – O, milli üzvlərindən nə tələb edib?

16:40 Milli komanda 328
“Gecə bizi bir yerə yığdı” – O, milli üzvlərindən nə tələb edib?

Azərbaycanın futbol millisi yeni dövrə qədəm qoyub.

Əcnəbi mütəxəssislərin zamanında sıralanan uğursuzluqlardan sonra AFFA rəhbərliyi Fernandu Santuşun boşaltdığı postu Ayxan Abbasova həvalə etdi.

İllərdir Premyer Liqa klublarını çalışdıran 44 yaşlı mütəxəssisin rəhbərliyi altında Azərbaycan seçməsi Ukrayna ilə Bakıda bərabərə qaldı (1:1), həmin rəqibə səfərdə 1:2 hesabı ilə uduzdu, dünya və Avropa çempionu Fransa ilə Parisdəki qarşılaşma 0:3 hesablı yenilgi ilə nəticələndi.

Oyun intizamı və buraxılan topların sayı ilə bağlı fərq göz önündədir. Santuşun rəhbərlik etdiyi kollektiv İslandiyadan 5 top buraxmışdısa, Abbasovun başçılığı altında 3 görüşdə rəqiblər yığmamızın qapısına 6 qol vurub.

“Zirə”nin yığma üzvü Aydın Bayramov Sportinfo.az-ın “Ayxan Abbasov millidə nəyi dəyişib?” sualına belə cavab verib:

“İndi millidə əsl milli ruh var. Ayxan Abbasov iş prinsiplərinə hər kəs bələddir.

Onunla işləyən və işləməyən futbolçu baş məşqçinin nəyə qadir olduğunu bilir, görür. Abbasovun bizdən ilk tələbi meydana ayaq basanda ölkəni, bayrağı, himni, gerbi düşünməkdir.

Ukraynayla Bakıdakı matçdan əvvəl gecə bizi bir yerə yığdı. Danışmağa başlayan kimi, ilk sözlərindən nə demək istədiyini hamı başa düşdü. Əlavə nəsə deməyə ehtiyac qalmadı”.

DÇ-2026-nın semə mərhələsində 4 oyundan sonra aktivində 1 xal olan Azərbaycan millisi noyabrda Bakıda İslandiya ilə Fransanı qəbul edəcək.

İslandlarla qarşılaşma noyabrın 13-də, fransızlarla matç noyabrın 16-da keçiriləcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti