
Azərbaycan millisinin baş məşqçi postuna namizədlərdən olan Eusebio Di Françesko gələcək karyerası ilə bağlı danışıb.
Sportinfo.az xəbər verir ki, italiyalı mütəxəssis işləmək istədiyi yeri açıqlayıb:
“İtaliyada bir neçə klubda çalışmışam. “Roma” ilə pis olmayan bir dönəm keçirdim. Artıq xaricdə işləmək istəyirəm. Premyer Liqa ən əhəmiyyətli çempionatlardan biridir. Ümid edirəm ki, gələcəkdə orada çalışacam”.
AFFA-nın Di Françeskoya təklif göndərdiyi iddia edilir.