Azərbaycan millisinə qarşı oynamayacaq: Qərarımı vermişəm

9 Mart 2020 00:28 Milli komanda 788
Azərbaycan millisinə qarşı oynamayacaq: Qərarımı vermişəm

"Milli karyeramı başa vurmaq qərarına gəldim. Təbii ki, davam etdirmək istəyərdim. Amma bəzi səbəblərə görə belə qərar verdim”.

Sportinfo.az xəbər verir ki, bunu apasport.az-a Kipr millisinin sabiq futbolçu Georgis Merkis deyib.

36 yaşlı mərkəz müdafiəçisi Millətlər Liqasında ölkəsinin yığmasının Azərbaycana rəqib olmasından danışıb. Avrokubokda APOEL-in heyətində “Qarabağ”a qarşı da oynamış Merkis bildirib ki, hər iki komanda eyni gücdədir:

“Azərbaycan da daxil olmaqla, digər komandalara qarşı oynamaq istəyərdim. Sadəcə artıq qərarımı vermişəm. Qrupdakı komandaların hamısı yaxşıdır.

Rəqiblərə diqqət yetirsək, hamısı, demək olar ki, eyni gücdədir. Maraqlı oyunlar olacaq. Azərbaycanla görüşlərin də belə alınacağına inanıram. Hər iki tərəf üçün çətin oyunlar olacaq".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!