"Mən Azərbaycanla eyni qrupda yer almaq istəmirdim"

6 Mart 2020 14:50 Milli komanda 880
"Mən Azərbaycanla eyni qrupda yer almaq istəmirdim"

Belarus millisinin baş məşqçisi Mixail Marxel UEFA Millətlər Liqasının 2020-21 mövsümünün püşkatmasını dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, o, Azərbaycan yığması ilə qarşılaşmadıqları üçün sevindiyini bildirib:

“Açığı, püşkün nəticəsindən nə razı, nə də narazıyam. Hər şeyi olduğu kimi qəbul edirəm. Hansı rəqiblə oynayacağımızın fərqi yoxdur. Azərbaycanla eyni qrupda yer almaq istəmirdim. Çünki onlara qarşı səfərdə oynamaq çox çətindir”.

Azərbaycan millisi Kipr, Monteneqro və Lüksemburqla C liqasının 1-ci qrupunda mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM