Millimizin yeni baş məşqçisinin kimliyi bilindi?

26 Fevral 2020 00:28 Milli komanda 1 910
Millimizin yeni baş məşqçisinin kimliyi bilindi?

AFFA milli komandanın yeni baş məşqçisini gələn həftə açıqlayacaq.

Daha doğrusu, belə ehtimal var. Yığmamıza gətirilməsi gözlənilən, əsas namizəd Canni de Byazinin açıqlamasından belə anlaşılır.

Sportiнfo.az xəbər verir ki, italiyalı mütəxəssis futbolinfo.az-a AFFA-yla danışıqları davam etdirdiyini etiraf edib.

O, icraçı vitse-prezident Elxan Məmmədovla müzakirə apardığını, prosesin davam etdiyini bildirib. De Byazi əməkdaşımıza indi yekun qərarı gözlədiyini, 10 gün ərzində bütün suallara aydınlıq gələcəyini deyib.

Deməli, uzağı gələn həftə AFFA-nın bu italiyalı ilə anlaşdığı, yoxsa başqa birini seçdiyi dəqiqləşəcək. Lakin hadisələrin gedişi göstərir ki, de Byazi əsas namizəddi.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"