Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayır

22 Fevral 2020 00:56 Milli komanda 794
Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayır

Bakıda 21 yaşadək futbolçulardan ibarət futbolçulardan ibarət milli komandanın təlim-məşq toplanışı keçirildi.

qısa müddətə nəzərdə tutulan hazırlıq prosesinə 22 futbolçu dəvət olunmuşdu.

Plansız, heç bir ciddi zərurət olmadan, çempionat oyunlarının davam etdiyi bir məqamda bu toplanışın nəyə xidmət etdiyi maraq doğurur. Bəs görəsən, Milan Obradoviçin bu anormal qərarı klubların işinə, planlarına necə təsir göstərib?

Futbolçuların düşərgədən ayrılması baş məşqçilərin işinə mane olurmu? Bu suallara cavab tapmaq üçün futbolçuları milliyə cəlb olunan komandalardan bəzilərinin baş məşqçilərinə müraciət etdik (Futbol+).

U-21-ə 5 futbolçusu dəvət olunan “Sabah”ın baş məşqçisi Jelko Sopiç bunları dilə gətirdi: “Əslində onların bizimlə qalıb məşq etməsi daha yaxşı olardı. Lakin biz milli komandanın mənafeyini də düşünməliyik. Oyunçularımızın yığmaya cəlb edilməsi bizim üçün müsbət haldı. Həmçinin onu da qeyd etməliyəm ki, bizim futbolçular bu toplanışdan narazı deyillər. Əksinə, onlar milliyə cəlb edildiklərinə görə şaddılar”.

“Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov isə yığmanın toplanışının “ağ-qaralar”ın planlarına təsir etmədiyini söylədi: “İlk öncə onu qeyd etmək istəyirəm ki, bizdən iki futbolçu U-21-in toplanışına cəlb olunub.

Qapıçı Kamran İbrahimov və yarımmüdafiəçi Turan Vəlizadə. Bizim üçün sevindirici haldı ki, heyətimizdə olan futbolçular milli komandaya dəvət olunur, toplanışlarda iştirak edir.

Xüsusən U-21-ə ilk dəfə dəvət olunan Turan Vəlizadəyə görə məşqçisi olaraq çox sevindim və ona uğurlar arzuladıq. Millinin bu toplanışı ümumi hazırlıq planımıza təsir etmədiyinə görə hər hansı maneə olduğunu düşünmürəm.

Bu cür toplanışların olması futbolçuların xeyrinədi. Düşünürəm ki, futbolçuların, xüsusən gənclərin yığmaya dəvət olunması onlara əlavə stimul verir.

Hazırda milli komandalar formalaşdırılır. Bu səbəbdən də yığmadakı məşqçiləri başa düşmək olar. Bu işdə klub olaraq nə kömək lazımdısa, etməyə çalışırıq”.

Digər Xəbərlər
Xəbər Lenti