Rüfət Dadaşov rəsmən ABŞ klubunda! - "SƏBİRSİZLƏNİRƏM"

14 Yanvar 2020 10:33 Milli komanda 872
Rüfət Dadaşov rəsmən ABŞ klubunda! -

"Proyssen"lə yollarını ayıran Rüfət Dadaşov ABŞ-ın ikinci Liqa təmsilçisi "Feniks Rizinq"lə müqavilə bağlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Millimizin üzvü ilə 2020-ci ilin sonuna qədər sözləşmə imzalanıb.

28 yaşlı forvard imza mərasimindən sonra klub saytına açıqlama verib: "Feniks Rizinq"də oynamaq mənim üçün xəyaldır. 2014-cü ildə Azərbaycan millisi ilə ABŞ yığmasına qarşı oynadığım vaxtdan bəri Amerika futbolunu yaxından izləyirəm və burada böyük inkişaf görmək məni yaxşı mənada təəccübləndirir.

Həqiqətən bu klubun bir parçası olmağı çox istəyirdim. Rik Şantzla danışdıqdan sonra "Feniks" üçün oynamaq istədiyimi 100 faiz qətiləşdirdim. Komanda yoldaşlarımla, azarkeşlərlə görüşmək, Arizonanı görmək və ən əsası, komandaya kömək etmək üçün səbirsizlənirəm".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"