Millimizin Monteneqro ilə oyunlarının vaxtı dəyişdirildi

3 Dekabr 2019 14:04 Milli komanda 726
Millimizin Monteneqro ilə oyunlarının vaxtı dəyişdirildi

Monteneqronun Podqoritsa şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının oyunlarının tarixi dəyişdirilib.

Sportinfo.az xəbər verir ki, buna əlverişsiz hava şəraiti səbəb olub. Monteneqronun müvafiq yaş qrupundan ibarət yığması ilə yoldaşlıq görüşləri, əvvəlcədən nəzərdə tutulduğu kimi, dekabrın 3-də və 5-də deyil, dekabrın 4-də və 6-da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!