Rusiyanın məşhur saytı millimizin futbolçusu haqda nə yazdı?

2 Dekabr 2019 11:32 Milli komanda 1 229
Rusiyanın məşhur saytı millimizin futbolçusu haqda nə yazdı?

Rusiyanın “Sports.ru” saytı 2000-ci ildən bəri ən yaxşı futbolçuların siyahısını açıqlayarkən Azərbaycan millisinin keşmiş üzvü Narvik Sirxayevin də adını çəkib.

Sportinfo.az xəbər verir ki, milliyyətcə ləzgi olan Narvik “Anji”nin 2000-ci illərin əvvəlindəki yüksəliş dövründə əsas fiqurlardan biri olub.

“Xatırladaq ki, 2000 mövsümündə Dağıstan komandası birinci divizionu təzə tərk etmişdi və dərhal bu qədər yüksək pilləyə qalxdı. Narvik özü 30 matçda 10 qol vurub. O, 2002-ci ildə “Lokomotiv”ə keçdi. 2008-ci ildə isə cəmi bir ay formasını geydiyi Bakı “Olimpik”ində karyerasını başa vurdu” - deyə müəllif əlavə edib.

Narvik Sirxayev 1996-1999-cu illərdə Azərbaycan milli futbol komandasının heyətində 17 oyun keçirib və 1 qol vurub. Karyerası ərzində Mahaçqalanın “Dinamo”, “Anji”, həmçinin digər Rusiya klubları “Terek”, “Torpedo-Metallurq” və “Lokomotiv”də oynayan Sırxayev “dəmiryolçular”ın heyətində çempionat (2002) və Superkubokun (2003) qalibi olub.

Azərbaycan milli komandasının sabiq futbolçusu Narvik Sırxayev 2009-cu ildə məşqçilik fəaliyyətinə başlayıb. 35 yaşlı veteran futbolçunun çalışdırıcı kimi ilk iş yeri Moskva “Lokomotiv”i olub.

Sırxayev Rusiya çempionatının ikinci divizionun Qərb zonasında çıxış edən “Lokomotiv-2” komandasında baş məşqçi Yevgeni Xarlaçovun köməkçisi təyin edilib. 2008-ci ilin birinci yarısında Bakı “Olimpik”ində çıxış edən Sırxayev o vaxtdan Ali Məşqçilər Məktəbinin tələbəsidir.

Digər Xəbərlər
Xəbər Lenti