UEFA millimizin oyununu kiprli hakimlərə tapşırdı

11 Noyabr 2019 15:10 Milli komanda 393
UEFA millimizin oyununu kiprli hakimlərə tapşırdı

21 yaşadək futbolçular arasında AÇ-2021-in seçmə mərhələsində keçiriləcək Azərbaycan - Lixtenşteyn oyunu üçün təyinatlar açıqlanıb.

Sportinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşü Kiprdən olan hakimlər briqadası idarədə edəcək. Oyunun baş hakimi Lukas Sotirius olacaq. Ona laysmanlar - Çaralambos Çaralambous və Yoannis Lazarous köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Kriakos Kristodoulos yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 14-də Sumqayıtda "Kapital Bank Arena"da keçiriləcək görüş saat 18:00-da başlayacaq. Bu komandaların qrupdakı ilk duelində millimiz səfərdə rəqibinə 0:1 hesabı ilə uduzmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti